Steam platforması, hər ay olduğu kimi bu ay da istifadəçilərin donanım və proqram təminatı seçimlərini əks etdirən may ayı statistikalarını paylaşdı. Məlumatlara əsasən, hansı əməliyyat sistemlərinin daha çox istifadə olunduğu ortaya çıxdı.
May 2025 üçün ən populyar əməliyyat sistemləri!
Steam-ın açıqladığı rəqəmlərə görə, Windows 11 istifadəçi sayını artırmağa davam edir. Aprel ayına nisbətdə 0,46 faiz artımla, ümumi bazar payını 58,30 faizə yüksəldib. Bununla yanaşı, ikinci yerdə qərarlaşan Windows 10 isə geriləyib. 1,09 faizlik azalma ilə bazar payı 37 faizə düşüb.
Bir zamanlar geniş yayılmış olan Windows 7 isə artıq tarixə qarışmaq üzrədir. Bu sistemin payı may ayında 0,10 faizə qədər geriləyib.
Windows 11 sistem tələbləri:
- Prosessor: Minimum 1 GHz sürətində, 2 və ya daha çox nüvəyə malik 64-bit uyğun prosessor və ya SoC (sistem çipi)
- RAM: Ən azı 4 GB
- Yaddaş: Minimum 64 GB yaddaş tutumu
- BIOS/Firmware: UEFI və Secure Boot (Təhlükəsiz açılış) dəstəyi
- TPM: TPM 2.0 (Güvənli Platform Modul)
- Qrafik kartı: DirectX 12 və ya daha üstü dəstəyi ilə WDDM 2.0 sürücülü qrafik kart
- Ekran: Minimum 9 düymlük, 720p və hər rəng kanalı üçün 8-bit dəstəyi olan ekran
- İnternet bağlantısı və Microsoft hesabı: Windows 11 Home versiyasında ilkin qurulum üçün internet bağlantısı və Microsoft hesabı zəruridir. Eyni zamanda, yeniləmələr və bəzi funksiyaları istifadə etmək üçün də internet bağlantısı tələb olunur.
Bəs siz hansı Windows versiyasını istifadə edirsiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın!