Browsing Tag
gamesummit
3 posts
GAMESUMMIT 2025 Biznes Konfransı çox iddialı başladı!
Bugün Sea Breeze Resort Grand Hoteldə baş tutan növbəti möhtəşəm iddialı “GAMESUMMIT” biznes konfransında konfransın rəhbəri o cümlədən, Xsolla şirkətinin regional icraçı direktoru Fuad Kərimov iştirakçıları salamlayaraq “GAMESUMMIT”-in ideya rəhbəri Fuad Əzizovu ilk çıxış nitqi üçün səhnəyə dəvət etdi. Fuad Əzizovun çıxış nitqindən sonra digər tədbirə dəstək olan qonaqları Xsolla şirkəti qlobal strateji təşəbbüslər və dövlət əlaqələri üzrə vitse prezidenti Rytis Joseph Jan, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar departamentinin rəhbəri Ağahüseyn Əhmədov, Azərbaycan Kino Agentliyinin rəhbəri Rəşad Əzizov və digər qonaqlar ölkədə oyun sənayəsinin yaradıcı sənayə altında inkişafı, bu sahəyə beynəlxalq investisiyaların cəlbi, Azərbaycanın tarixi, ənənələləri və hekayələrinin oyun sənayesinə inteqrasiyası istiqamətində maraqlı müzakirələr apardılar. Konfrans maraqlı çıxışlarla davam edir...
06 June 2025
Regionun ən böyük oyun festivalı Game Summit 2025-ə sayılı günlər qaldı!
2025-ci ilin 6–8 iyun tarixlərində Xəzər dənizinin sahilində, möhtəşəm Sea Breeze Resort kompleksində Gamesummit 2025 baş tutur! Bu, Cənubi Qafqazda video oyunlar, kreativ sənayelər və rəqəmsal incəsənətə həsr olunmuş ən böyük və ən gözlənilən festivaldır! Üç gün boyunca innovasiya, əyləncə və yaradıcılıq dolu unudulmaz bir atmosfer səni gözləyir. Bilet əldə etmək üçün tələs!
28 May 2025
Səadət Yusifova: Game SUMMIT-də ənənə və yenilik bir araya gələrək qeyri adi atmosfer yaradır.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi və Müavini Səadət xanım Yusifova öz nitqində bildirdi: İldə 2 dəfə keçirilən bu tədbir rəqəmsal incəsənət və əyləncəyə həvəsli olanlar üçün yaradıcılıq, innovasiya, texnologiya və sonsuz imkanlar üçün əla fürsətdir.
03 June 2024