Ölkənin ən böyük oyun festivalı dekabr ayında geri qayıdır!

novabit.news-un media tərəfdaşı olduğu Gamesummit Winter Edition 2024, 8 dekabrda Bakı İdman Sarayında
keçiriləcək və video oyunlar və cosplay həvəskarları üçün bu
qışın ən parlaq tədbirlərindən biri olacaq. Festival
iştirakçıları video oyunlar, anime, cosplay və K-pop dünyasına
baş vuraraq, kibersport turnirləri, rəqs qruplarının çıxışları
və cosplay-şousu daxil olmaqla zəngin proqramdan həzz ala
biləcəklər. Tədbirdə Azərbaycanda yaradılmış oyunlara xüsusi
diqqət yetiriləcək — bu oyunların təqdimatları keçiriləcək,
həmçinin yerli oyun sənayesinin yenilikləri ilə yaxından tanış
olmaq üçün ekspozisiya zonası təşkil olunacaq.

Bundan əlavə, oyun yaradıcıları və həvəskarlar üçün hakaton
təşkil ediləcək, burada iştirakçılar yeni oyun ideyalarını
təqdim edəcəklər. Gamesummit Azərbaycanda video oyun sahəsində
əsas tədbir kimi özünü təsdiqləyib. Belə ki, əvvəlki
tədbirdə təxminən 27 min nəfər iştirak edib və Con Newman və
oyun inkişafı üzrə ekspert Rami İsmail kimi ulduzlar çıxış
edib. Bu təcrübə Gamesummit-ə beynəlxalq əhəmiyyətli festival
statusu qazandırıb və qlobal miqyasda oyunçuların və
mütəxəssislərin diqqətini cəlb edib.

Baxmayaraq ki, qış tədbiri yayda keçirilən beynəlxalq Gamesummit
qədər böyük olmayacaq, festivalın əsas konsepsiyaları dəyişməz
qalacaq və iştirakçılara öz layihələrini təqdim etmək,
yenilikləri araşdırmaq və festivalın atmosferindən həzz almaq
imkanı yaradacaq.

Bu həyəcanverici tədbirin bir hissəsi olmaq şansını
qaçırmayın!

Biletləri rəsmi saytdan bu keçid vasitəsilə əldə edə
bilərsiniz: https://iticket.az/events/other/game-summit-2024/128866

Total
0
Shares
Leave a Reply
Related Posts
Daha çox

Call of Duty: Black Ops Cold War-ın istehsal dəyəri açıqlandı!

Call of Duty: Black Ops Cold War oyununun inkişaf prosesi üçün xərclənən ümumi məbləğ açıqlanıb. Activision və Microsoft- a yaxın mənbələrdən əldə edilən məlumata görə , Call of Duty: Black Ops Cold War-un qiyməti düşündüyümüzdən də artıqdır.  Yeni hesabat, Call of Duty: Black Ops Cold War-un istehsal dəyərinin heyrətamiz bir rəqəmə çatdığını ortaya qoydu. Bəs bu yüksək qiymət oyun sənayesi üçün nə deməkdir?
Daha çox

Rockstar ofisindən GTA 6 şəkilləri sızdı!

Sosial mediaya sızan GTA 6 görüntüsü ajiotaj yaratmağı bacarıb. Oyunun köhnə versiyasının fotoşəkili nə deyir? GTA 6-nın 2021-ci ildən köhnə versiyasına aid olduğu iddia edilən görüntülər sosial mediada yayılıb. Leaks, Rockstar Games-in yeni treyleri ərəfəsində həyəcanı artırmağı bacardı.
Daha çox

PlayStation 5 eksklüziv oyunu PC-yə gəlir!

Final Fantasy 7 Rebirth PC-yə doğru gedir. Yeni oyun gələn il Steam və Epic Games-də olacaq. Square Enix təsdiqlədi ki, Final Fantasy 7 Rebirth 23 yanvar 2025-ci ildə PC platformalarına gələcək. Final Fantasy 7 Remake-in davamı olacaq oyun həm Steam, həm də Epic Games Store-da konsol versiyaları ilə eyni vaxtda satışa çıxarılacaq. Beləliklə, PC oyunçuları çox gözləməli olmayacaqlar.