GameSummit 2024 Winter-də keçiriləcək oyun çempionatları!

Gamesummit komandası GMT kiberidman təşkilatı ilə birlikdə qarşıdan gələn 2024 Gamesummit Winter Beynəlxalq Oyun Festivalı üçün bir neçə kiberidman çempionatı elan edir. Oyunlar qlobal və yerli oyunçular arasında populyarlığına görə seçilib. Çempionatlar aşağıdakı oyunlar üzrə keçiriləcək:

  • Fortnite
  • EA FC25
  • PUBG Mobile
  • Mortal Kombat 1
  • Tekken 8

Həmçinin festival ziyarətçiləri matçların şousunu izləyəcək – Counter Strike 2 və Valorant-da qələbə uğrunda ölkənin aparıcı universitetlərini təmsil edən komandalar əsas səhnədə mübarizə aparacaqlar.

Oyunçular üçün xüsusi formalar vasitəsilə və ya birbaşa tədbirdə qeydiyyatdan keçmək mümkün olacaq.

Gamesummit Winter 2024 artıq Azərbaycanda keçirilən dördüncü tədbirdir və hər dəfə region üçün əhəmiyyət kəsb edir. Festival video oyun və müasir əyləncə həvəskarlarının ünsiyyəti və birləşməsi üçün bir platforma yaradır və oyun yaradıcıları öz istedadlarını nümayiş etdirə, peşəkarlar və oyunçularla əlaqə qura bilərlər.

Festival dekabrın 8-də Bakı İdman Sarayında keçiriləcək.

Total
0
Shares
Leave a Reply
Related Posts
Daha çox

Telefonunuzu One UI 7-ə yeniləmək cari ev ekranınızın tərtibatını poza bilər!

Samsung-un yeni Galaxy S25 seriyalı cihazları Android 15 əsasında şirkətin xüsusi Android üzünün ən son versiyası olan One UI 7-ni təqdim edən ilk cihazlardır. One UI 7 faydalı məlumata tez daxil olmaq üçün kilid ekranında İndi Paneli, şaquli proqram göstəricisi, təkmilləşdirilmiş Sürətli Parametrlər paneli və s. daxil olmaqla bir neçə yeni funksiya təqdim edir.
Daha çox

Google, saxlanmış parolların yox olmasına səbəb olan Chrome problemini düzəldir

Google Chrome platformalar arası sinxronizasiya və inteqrasiya edilmiş parol meneceri kimi xüsusiyyətləri təklif edən bir çox Android istifadəçiləri üçün üstünlük verilən brauzerdir. Müntəzəm yeniləmələr və keçid açarının autentifikasiyası kimi yeni texnologiyaların dəstəyi ilə dəstəklənən bu rahatlıqlar Chrome-u bütün dünyada məşhur seçimə çevirir.
Daha çox

Pasha Hackaton-a müraciət etmək üçün son 5 gün!

“PASHA Bank Hackathon” maliyyə və bank sektorunda yeni həllərin inkişafı üçün istedad axtarır! Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” “New Space Innovation” şirkəti ilə birgə "PASHA Bank Hackathon" yarışmasını elan edir. Son müraciət tarixi: 15 Dekabr