Biznes – novabit.az

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı baş tutub
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılış mərasimi keçirilib.

“Report.az”-a istinad edərək bildiririk ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabarov “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

“Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışında iştirak etdik. Birgə sərmayəyə əsaslanan investisiya şirkətinin fəaliyyəti qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-ə qədər layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparan şirkətin gələcəkdə ikitərəfli strateji investisiyaların genişləndirilməsi, özəl sektorun dəstəklənməsi və sahibkarlığın stimullaşdırılması istiqamətində fəaliyyəti artacaq. Uğurlu investisiyalar yeni səmərəli layihələr və iş yerləri yaradacaq, ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək”, – deyə o qeyd edib.

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, həmçinin iki ölkənin müvafiq qurumlarının nümayəndələri ofisdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49%-ə qədər paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Azərbaycanda HONOR 200 və HONOR 200 Pro flaqman smartfonlarının satışına start verilib
Avqustun 8-də Bakıda, Daş Salnamə Muzeyində HONOR beynəlxalq brendi yeni məhsul xəttinin – HONOR 200 və HONOR 200 Pro modellərinin, rəsmi təqdimatını keçirib. Yeni məhsulların öndə gedən xüsusiyyəti Harcourt Paris fotoşəkil studiyası ilə birlikdə hazırlanmış və süni zəka texnologiyaları üzərindən işləyən unikal portret çəkiliş rejimidir. Təqdimat mərasimində qonaqlar Harcourt Studio-nun peşəkrlığını səciyyələndirən, Harcourt Portret rejimində professional fotoşəkillər çəkməkdən zövq alaraq, smartfonu sınaqdan keçirmək imkanı əldə ediblər.

Yeni seriya istifadəçilərə yüksək dərəcəli flaqman xüsusiyyətləri təqdim edərək, ilk alıcılarına həm də xüsusi hədiyyələr təklif edir. Gəlin sizi yeni məhsullar ilə daha yaxından tanış edək.

Foto çəkiliş imkanları. Hər iki smartfonu mobil fotoqraflar üçün peşəkar həll olaraq təqdim etmək olar. HONOR 200 və HONOR 200 Pro həm foto, həm də video çəkilişlər üçün nəzərdə tutulan unikal həllərə yiyələnərək, hər iki halda mükəmməl təcrübə təmin edirlər. Belə ki, hər İki modelin əsas sensoru 50 meqapikseldi r, lakin HONOR 200-də Sony IMX906-dən, HONOR 200 Pro-da isə HONOR Magic6 Pro kamera telefonunda olduğu kimi OmniVision H9000-dən istifadə edilib. Modellər həmçinin 2,5x optik böyütmə və optik sabitləşdirməni özündə birləşdirən 50 MP telefoto kamera ilə təchiz ediliblər. 12 meqapiksellik ultra geniş bucaqlı kamera isə, 112° çəkiliş bucağı ilə məzmun qeydə etməklə yanaşı, həm də 2,5 sm məsafədən super makroçəkiliş də həyata keçirməyə qadirdir.

Yüksək keyfiyyətli sensorlar, burada üz xüsusiyyətlərini öyrənən süni zəkanın heyrətamiz gücü ilə bir araya gələrək, xüsusi alqoritmlərdən istifadə edib, ideal fon və işıqlandırma seçimlərini təqdim edirlər. Portret çəkilişlərinin biliciləri dünyaca məşhur Fransanın portret studiyası ilə birgə ərsəyə gətirilmiş Harcourt filtrlərini də yüksək qiymətləndirəcəklər.

Çox pilləli görmə qorunması ilə təchiz edilmiş möhtəşəm ekran. HONOR 200 və HONOR 200 Pro, görmə qabiliyyətinizi qorumaq üçün bir sıra qabaqcıl texnologiyaları özündə birləşdirən, AMOLED matrislər ilə təchiz edilmişdir. Belə ki, buraya görüntü titrəməsini aradan qaldıran, 3840 Hz ultra yüksək PWM tezliyi və istifadə ssenarilərindən asılı olaraq rəng temperaturunda axarı dəyişikliyə malik sirkadiyalı gecə rejimi və zərərli mavi işığın səviyyəsinin texniki təchizat vasitəsi ilə azaldılması daxildir.

Bundan əlavə, HONOR 200 Pro displeyi işıqlandırılma səviyyəsini daha dəqiq müəyyənləşdirilməsi üçün iki sensorla təchiz olunub. Həmçinin, sistem ətraf mühitin rəng temperaturunda dəyişiklikləri təhlil edərək, matrisin tonlarını yüksək dəqiqliklə tənzimləyir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, HONOR 200 Pro-nun displey diaqonalı HONOR 200-dən bir qədər böyük olub, müvafiq olaraq 6,78” və 6,7” təşkil edir.

Silikon-karbon akkumulyatoru. Yeni nəsil 5200 mAh tutuma malik akkumulyator istənilən yerdə və zamanda, bütün gün fasiləsiz işləmə təcrübəsini təmin edir. Həmçinin, smartfonla birlikdə güclü 100 W HONOR SuperChagre naqilli yükləmə cihazı da təqdim edilir ki, onun köməyi ilə smartfonunuz cəmi 15 dəqiqə ərzində 50%-ə qədər şarj ediləcək. Əlavə olaraq, HONOR 200 Pro 66 Vt simsiz dolumu da dəstəkləyir.

Yüksək performans. HONOR 200 Pro yalnız yüksək işləmə gücü ilə deyil, həm də generativ süni zəka funksiyalarını dəstəkləyən, ən son, üçüncü nəsil Snapdragon 8s çipi ilə də təchiz edilmişdir. Qeyd edək ki, HONOR 200 modeli isə üçüncü nəsil Snapdragon 7 çipinə sahibdir.

Hər iki smartfon 12 GB RAM və 512 GB yaddaşa malikdir. Həmçinin, HONOR 200 8/256 GB versiyasında da mövcuddur.

Və bu hələ hamısı deyil! HONOR 200 və HONOR 200 Pro incə dizaynı, yüksək səsli stereo dinamikləri, HONOR Histen fəza səsi, eSIM dəstəyi və qabaqcıl MagicOS 8 əməliyyat sistemi ilə seçilir.

HONOR 200 Seriyasının satışına İrşad, Kontakt Home, Soliton, Elit Optimal, Umico, Music Gallery, Smart Electronics və Digital Home mağazalar şəbəkəsində 9 avqust tarixindən start veriləcəkdir. Smartfonları 15 sentyabr tarixinə qədər əldə edənlər, xüsusi hədiyyələrdən də faydalana biləcəklər, belə ki, HONOR 200 alarkən, HONOR CHOICE Watch, HONOR 200 Pro alarkən isə HONOR Watch 4-dü hədiyyə olaraq əldə etmək şansı qazanacaqlar.

Beləliklə, HONOR 200 Pro-nu 1 899,99 manata əldə etmək mümkün olacaq. Həmçinin smartfon, Ay İşıyı Ağı, Qara və Okean Mavisi rənglərində təqdim olunacaq. Həmçinin, 12 QB RAM və 512 QB daxili yaddaşla təqdim olunan HONOR 200 modelinin qiyməti 1 399,99 manat, sözü gedən smartfonun 8/256 GB-lıq versiyasnın qiyməti isə 1 249,99 manat təşkil edəcək. Adi çəkilən smartfon, Ay İşıyı Ağı, Zümrüdü Yaşılı və Qara rənglərində satışa çıxarılacaq.