AMD RX 9060 XT testlərdə göründü – Fiyat/performans segmentində iddialı namizəd!

AMD-nin RDNA 4 arxitekturası üzərində qurduğu yeni nəsil RX 9060 XT ekran kartı, rəsmi təqdimatdan əvvəl ilk performans testlərində iştirak etdi. XFX tərəfindən xüsusi olaraq hazırlanmış model, 3DMark Time Spy testində 17.069 xal toplayaraq diqqət mərkəzinə düşdü.

AMD-nin RDNA 4 arxitekturası üzərində qurduğu yeni nəsil RX 9060 XT ekran kartı, rəsmi təqdimatdan əvvəl ilk performans testlərində iştirak etdi. XFX tərəfindən xüsusi olaraq hazırlanmış model, 3DMark Time Spy testində 17.069 xal toplayaraq diqqət mərkəzinə düşdü.

Bu nəticə, RX 7700 XT ilə eyni səviyyədə performans göstərdiyini ortaya qoyur. Hal-hazırda aparılan testlərə əsasən, RX 7700 XT və NVIDIA RTX 5060 Ti oxşar performans nümayiş etdirir. Bu səbəbdən RX 9060 XT-nin bazarda RTX 5060 və 5060 Ti modelləri arasında yerləşərək ciddi bir alternativ olacağı gözlənilir.

Yeni kartın texniki göstəriciləri arasında 32 RDNA 4 hesablama vahidi, 8GB və 16GB GDDR6 yaddaş seçimi, 3.13 GHz tezliyə çatan sürət artımı (boost clock), FSR 4 dəstəyi və həm DisplayPort 2.1a, həm də HDMI 2.1b çıxışları yer alır. Testdə istifadə olunan XFX modelində AMD-nin ümumi istifadəyə təqdim etmədiyi 25.6.1 sürüm nömrəli xüsusi bir sürücü istifadə olunub.

Bu sürücü ilə kart 40mV undervolt və enerji limitinin 10% artırılması nəticəsində maksimum 3.46 GHz saat sürətinə çatıb. Bu güclü performansa baxmayaraq, kartın ümumi enerji sərfiyyatı sadəcə 199W olub. Yaddaş sürəti isə sabit olaraq 2538 MHz-də çalışıb.

Hazırda testlər yalnız 3DMark Time Spy nəticələrilə məhdudlaşsa da, RX 9060 XT-nin RX 7700 XT səviyyəsinə yaxınlaşması, xüsusilə orta seqmentdə rəqabətin artacağına işarə edir. AMD-nin bu model üçün də əvvəlki RX 9070 seriyasındakı kimi münasib qiymət siyasəti izləyəcəyi gözlənilir. RX 9060 XT-nin satış qiymətinin 299 ilə 349 dollar arasında olacağı ehtimal edilir.

Yeni ekran kartının rəsmi təqdimatı 5 iyun tarixində keçiriləcək.

Total
0
Shares
Related Posts
Daha çox

M4 Pro və M4 Max çipləri ilə MacBook Pro gəlir!

Apple-ın yeni nəsil 14 və 16 düymlük MacBook Pro modelləri M4 Pro və M4 Max çipləri ilə bu aydan etibarən kütləvi istehsala daxil olur. DigiTimes-in məlumatına görə, Apple-ın təchizat zənciri yeni modellərin istehsalına başlayıb. Əslində, Apple məhsullarının istehsal gücü 2024-cü ilin ikinci yarısında tədricən artır.
Daha çox

Samsung Galaxy S25 Slim-in Geekbench xalı hamını təəccübləndirdi!

Samsung Galaxy S25 seriyasının təqdimatına bir neçə gün qalmış, seriyanın kiçik qardaşı üçün Geekbench xalları gəldi. Samsung yeni Galaxy S25 seriyası ilə bağlı təfərrüatları gizli saxlamağa davam edərkən, seriyaya aid olduğu iddia edilən Galaxy S25 Slim modeli Geekbench-də göründü. Yanvarın 22-də keçiriləcək Galaxy Unpacked tədbirində təqdim ediləcəyi düşünülən bu cihazın performans testləri bəzi diqqətəlayiq xüsusiyyətlərini də ortaya qoydu.
Daha çox

Windows 11-də rəng paletlərini necə istifadə etmək olar.

Windows 11-də Rəng Profillərini Necə Dəyişdirmək və Quraşdırmaq olar İstər monitor, istərsə də noutbuk ekranı olsun, hər bir ekran unikal parlaqlıq, kontrast və rəng xüsusiyyətlərinə malikdir. Bu dəyişikliklər əksər hallarda uyğunlaşmaq üçün kifayət qədər kiçik ola bilər, lakin xüsusilə rəng dəqiqliyinin vacib olduğu sahələrdə işləyirsinizsə, əhəmiyyətli fərq yarada bilər.