Regionun ən böyük oyun festivalı Game Summit 2025-ə sayılı günlər qaldı!

2025-ci ilin 6–8 iyun tarixlərində Xəzər dənizinin sahilində, möhtəşəm Sea Breeze Resort kompleksində Gamesummit 2025 baş tutur! Bu, Cənubi Qafqazda video oyunlar, kreativ sənayelər və rəqəmsal incəsənətə həsr olunmuş ən böyük və ən gözlənilən festivaldır! Üç gün boyunca innovasiya, əyləncə və yaradıcılıq dolu unudulmaz bir atmosfer səni gözləyir. Bilet əldə etmək üçün tələs!

6–8 iyun 2025-ci il tarixlərində Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort kompleksində Gamesummit 2025 keçiriləcək. Bu tədbir Cənubi Qafqazda video oyunlar, kreativ sənayelər və rəqəmsal incəsənətə həsr olunmuş ən böyük illik festivaldır.

Festivalda beynəlxalq şirkətlər və yerli brendlər iştirak edəcək. Təsdiqlənmiş tərəfdaşlar sırasında Xsolla, Epic Games, Garena, Aztelekom, IDDA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yaponiya Səfirliyi, Coca-Cola və digər markalar var.

Festivalın əsas istiqamətləri:

  • Beynəlxalq biznes-konfrans (6 iyun) — oyun sənayesində tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları müzakirə olunacaq;
  • Kiberidman turnirləri — pul mükafatları və sponsor hədiyyələri ilə;
  • İnkişaf etdirici və nəşriyyat zonaları — müstəqil və böyük studiyaların layihə təqdimatları;
  • Kospiley festivalı və K-pop şou — rəngarəng kostyumlar və enerjili çıxışlar;
  • Yarmarka və merç zonası — brendlər, kolleksiya məhsulları və unikal suvenirlər.

Gamesummit həmçinin oyun sənayesinə daxil olmaq və bazarın liderləri ilə birbaşa əlaqə qurmaq istəyən gənc mütəxəssislər, tələbələr və həvəskarlar üçün platforma olacaq. Karyera məsləhətləri, mentorluq, ustad dərsləri və sürətli tanışlıq üçün xüsusi zonalar yaradılacaq.

Tədbir haqqında məlumat:

  • Tarixlər: 6, 7 və 8 iyun 2025
  • Məkan: Sea Breeze Resort, Bakı, Azərbaycan
  • Rəsmi sayt: gamesummit.org

Biletlər: iticket.az saytında əldə edilə bilər

Total
0
Shares
Related Posts
Daha çox

PS5 2025-ci ildə oyunlarla dolu olacaq! GTA 6 gəlir?

2025-ci ildə PlayStation 5 üçün satışa çıxarılacaq oyunlar açıqlanıb. Sony bir çox seriyanı yenidən köhnəyə yeniləyəcək. Sony, 2025-ci ildə çıxacaq PlayStation 5 oyunlarını göstərən treyler yayımlayaraq oyunçuları həyəcanlandırdı. İki dəqiqəlik videoda həm yeni oyun seriyaları, həm də davam filmləri var.
Daha çox

Call of Duty: Black Ops Cold War-ın istehsal dəyəri açıqlandı!

Call of Duty: Black Ops Cold War oyununun inkişaf prosesi üçün xərclənən ümumi məbləğ açıqlanıb. Activision və Microsoft- a yaxın mənbələrdən əldə edilən məlumata görə , Call of Duty: Black Ops Cold War-un qiyməti düşündüyümüzdən də artıqdır.  Yeni hesabat, Call of Duty: Black Ops Cold War-un istehsal dəyərinin heyrətamiz bir rəqəmə çatdığını ortaya qoydu. Bəs bu yüksək qiymət oyun sənayesi üçün nə deməkdir?