Samsung-dan yeniləmə addımı: Galaxy A16 5G uzun müddət davam edəcək!

Samsung həm orta səviyyəli modelləri, həm də flaqman modelləri ilə smartfon dünyasında ad çıxarır. Şirkət Galaxy A16 5G modeli üzərində işlərini davam etdirir. Cihazla bağlı yeni detallar üzə çıxıb.

Galaxy A16 5G, alacağı əsas Android yeniləmə vaxtları ilə uzun ömür vəd edir.

Samsung həm orta səviyyəli modelləri, həm də flaqman modelləri ilə smartfon dünyasında ad çıxarır. Şirkət Galaxy A16 5G modeli üzərində işlərini davam etdirir. Cihazla bağlı yeni detallar üzə çıxıb.

Galaxy A16 5G 6 Android sistem yeniləməsini 
alacaq!

ShiftDelete istinad edərərək, bildirik ki, Galaxy A seriyası öz qiymətinə yüksək performans təklif etməklə ad çıxarır. TheTechOutlook adlı mənbə model haqqında vacib bir detalı açıqlayıb.

Müvafiq olaraq, Galaxy A16 5G qutudan 6 əsas Android əməliyyat sistemi yeniləməsini alaraq bu sahədə əhəmiyyətli bir sürət qazanacaq. Ortadan yuxarı model smartfonların ən çox 4 əsas əməliyyat sistemi və 5 təhlükəsizlik yeniləməsi aldığını fərz etsək, olduqca böyük bir yeniləməni qəbul edə bilərik. Cihaz sələfləri ilə müqayisədə daha uzun ömür vəd edir.

Əvvəlki sızan məlumatlara görə, Galaxy modelinin prosessoruna bəzi bazarlarda MediaTek Dimensity 6300+ prosessoru ilə yanaşı Exynos 1330 da daxil olacaq. 5000 mAh batareya 25 Vt enerji ilə doldurulacaq. 4GB, 6GB və 8GB RAM və 128GB yaddaş variantları ilə təklif ediləcək cihaz  
Android  14 əsaslı One UI 6.1 əməliyyat sistemində çalışacaq.

Kamera tərəfinə baxdığımızda arxa paneldə istifadəçiləri üçlü quraşdırma gözləyir. 50 meqapiksellik əsas kamera 5 meqapiksellik ultra geniş bucaqlı obyektiv və 2 meqapiksellik makro kamera ilə müşayiət olunacaq. Ön paneldə 13 meqapiksellik selfi kamerası var.

Siz nə fikirləşirsiniz, fikirlərinizi bizimlə bölüşün!

Total
0
Shares
Leave a Reply
Related Posts
Daha çox

iPhone 16-nın təqdimatına cəmi 1 ay qaldı!

Apple-ın yeni iPhone 16 seriyasının təqdimatına cəmi bir ay qalıb və texnologiya dünyasında həyəcan zirvədədir. Apple-ın sentyabr ayında təşkil edəcəyi tədbirdə hər il olduğu kimi iPhone 16 seriyasının təqdim olunması gözlənilir. Aydındır ki, bu yeni seriya iPhone 15 seriyası ilə müqayisədə bir çox yenilik və dəyişiklikləri ehtiva edir. Xüsusilə, daha böyük ekranlar, yeni kamera tənzimləmələri və batareyanın təkmilləşdirilməsi kimi xüsusiyyətlər diqqəti çəkir.
Daha çox

Google Pixel 9 kiçik bir “Pro” telefonu əlavə edilməklə üç model ola bilər

Yanvar ayında OnLeaks-dən Pixel 9-un renderləri ortaya çıxanda, bu, Google-un telefon xəttində əhəmiyyətli dəyişikliklərə işarə etdi. Tipik olaraq, Google üç kameralı və premium xüsusiyyətləri olan "Pro" modelini, bir qədər azaldılmış xüsusiyyətləri olan, çox vaxt yalnız iki kameradan ibarət daha kiçik Pixel modeli ilə birlikdə buraxır.
Daha çox

İnsanabənzər robotlar və sensorlar reallaşır!

Robotlar üçün hazırlanmış yeni nəsil toxunma sensorları nə vəd edir? Robot dövrü öz-özünə işləyən sensorlarla irəli sıçrayacaq. Robotların inkişafının əsasını daha həssas və davamlı toxunma sensorları təşkil edir. Cənubi Koreyanın Çunq-Ang Universitetinin tədqiqatçıları xüsusilə robototexnika və geyilə bilən qurğular sahəsində yenilik yarada bilən pyezoelektrik və triboelektrik toxunma sensorları hazırlayıblar.
Daha çox

iPhone sizin üçün doldurma vaxtını təxmin edəcək!

Apple,  iOS 18.2 yeniləməsi ilə iPhone istifadəçilərinə batareyanın tam doldurulma müddətini təxmin edən bir xüsusiyyət təqdim etməyə hazırlaşır .  iOS 18.2 tərtibatçısının beta 2 kodunda aşkar edilən bu xüsusiyyət “Batareya Zəka” adlı yeni çərçivəyə əsaslanır. Müvafiq olaraq, cihaza gedən enerji miqdarına görə təxmin edilən doldurma müddətini hesablayır.