14 yaşdan yuxarı gənclər üçün “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı

İDDA’ya istinad edərək bildiririk ki, Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə əməkdaşlıqla həyata keçiriləcək. Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Təlim düşərgəsi beynəlxalq proqramlaşdırma müsabiqələrinin tələblərinə əsasən hazırlanıb. İnformatika və proqramlaşdırma üzrə əsas bacarıqların inkişafına yönəlmiş təlimlər “Constructor University”nin ekspertləri tərəfindən keçiriləcək. Yekunda təlim iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyata start verilir.

İDDA’ya istinad edərək bildiririk ki, Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə əməkdaşlıqla həyata keçiriləcək. Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Təlim düşərgəsi beynəlxalq proqramlaşdırma müsabiqələrinin tələblərinə əsasən hazırlanıb. İnformatika və proqramlaşdırma üzrə əsas bacarıqların inkişafına yönəlmiş təlimlər “Constructor University”nin ekspertləri tərəfindən keçiriləcək. Yekunda təlim iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science ” və qızlar üçün İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə baş tutacaq.

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər.

Elə indi aşağıdakı linklər vasitəsilə qeydiyyatdan keçin:

“Advanced Computer Science” istiqaməti üçün: https://bit.ly/advancedcomputerscienceskills 

“Girls in IT” istiqaməti üçün: https://bit.ly/girlsinit 

Son qeydiyyat tarixi: 11 avqust 2024 Proqram ingilis dilində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.

Qeyd edək ki, məqsəd alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaq və proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanacaqlar.

Total
0
Shares
Leave a Reply
Related Posts
Daha çox

Android telefonunuz oğurlanarsa, Google Chrome tezliklə parolun avtomatik doldurulmasını bloklayacaq

Sizin Android telefonunuz çox güman ki, çoxlu şəxsi, tibbi və maliyyə məlumatları ehtiva edir ki, bu da onu oğurluq üçün əsas hədəfə çevirir. Cihazınızı qorumaq üçün Google bu yaxınlarda oğruların telefonunuzu oğurladıqdan sonra kilidini açıq saxlamasının qarşısını almaq üçün nəzərdə tutulmuş yeni oğurluqdan qorunma funksiyalarını təqdim etdi.
Daha çox

Meta-nın “Camerabuds” layihəsi daşınan süni intellektə unikal yanaşma tətbiq edir

Qulaqlıqlarınız ətrafınızdakı bütün yaddaqalan anları gizli şəkildə çəkərkən, parkda gəzdiyinizi, sevimli mahnılarınızdan həzz aldığınızı təsəvvür edin. İnteqrasiya edilmiş kameralar və AI ilə Meta-nın Camerabuds dünyanı necə təcrübədən keçirməyimizdə inqilab edə bilər. İstər səmimi kadrlar çəkmək, istərsə də söhbətlər zamanı real vaxt tərcüməsini təmin etmək olsun, imkanlar sonsuzdur.